Tramp: Britaniyanın ABŞ bazasının yerləşdiyi adanı təhvil verməsi böyük axmaqlıqdır
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın ABŞ üçün strateji əhəmiyyət daşıyan Dieqo Qarsiya adasını Mavrikiyə təhvil vermək niyyətini kəskin tənqid edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, Böyük Britaniyanın bu addımı heç bir əsas səbəb olmadan atması Vaşinqtonun milli təhlükəsizlik maraqlarına ziddir.
“Bizim "əla" NATO müttəfiqimiz Böyük Britaniya hazırda ABŞ üçün həyati əhəmiyyət daşıyan hərbi bazanın yerləşdiyi Dieqo Qarsiya adasını heç bir səbəb olmadan Mavrikiyə verməyi planlaşdırır. Bu, son dərəcə vacib bir ərazinin itirilməsi deməkdir və bu addım böyük axmaqlıqdır”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti qeyd edib ki, sözügedən məsələ Qrenlandiyanın niyə mütləq şəkildə əldə olunmalı olduğunu izah edən milli təhlükəsizlik arqumentlərinin növbəti nümunəsidir.
15:35 20.01.2026
Oxunuş sayı: 1236