Tramp seçicilərə 5 min dollar vəd etdi
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının aralıq seçkilərdə qələbə qazanacağı təqdirdə hər seçiciyə 5 min dollar ödənilməsinin mümkün olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə açıqlamasında belə bir ödənişin federal büdcə hesabına həyata keçirilməsinin çətin olmayacağını və asanlıqla reallaşdırıla biləcəyini deyib.
Trampın sözlərinə görə, seçicilərə ödəniş ideyasının həyata keçirilməsi üçün federal büdcədən vəsait ayrılması mümkündür.
14:26 14.09.2026
Oxunuş sayı: 50