Qarabağ Universitetinə bu il 1135 tələbə qəbul olunub
Qarabağ Universitetinə bu il 49 ixtisas üzrə 1135 tələbə qəbul olunub.
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, qəbul olunan tələbələrin təxminən yarısı 500-dən yüksək bal toplayıb. Onun sözlərinə görə, bu göstəricilər universitetin həm tələbə sayı, həm də keyfiyyət baxımından ötən illə müqayisədə daha yaxşı nəticələr əldə etdiyini göstərir.
Əmrullayev qeyd edib ki, Qarabağ Universitetində tələbələrin ümumi sayının bu il təxminən 3000-ə çatacağı gözlənilir. O, gələcəkdə universitetin Azərbaycanın və regionun qabaqcıl ali təhsil müəssisələrindən birinə çevriləcəyinə inandığını bildirib.
Nigar Xəlilli
15:37 14.09.2026
Oxunuş sayı: 50