Çin İrana peyk görüntülərini ötürür?
Çin hakimiyyəti İordaniyadakı ABŞ bazasına raket zərbəsi endirməzdən əvvəl Çinin İranla peyk görüntülərini paylaşdığına dair ittihamlar əsassızdır.
Crossmedia.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun deyib.
O, brifinqdə məlumatları şərh edərkən vurğulaylb ki, "Biz sübutlarla dəstəklənməyən əsassız şübhə və ittihamlara qətiyyətlə qarşıyıq".
Rəsmi nümayəndə aydınlıq gətirib ki, “məsuliyyətli böyük bir güc olaraq Çin həmişə beynəlxalq öhdəliklərini ciddi şəkildə yerinə yetirib”.
"The Wall Street Journal" qəzeti əvvəllər Çin şirkətlərinin iyul ayında İordaniyadakı ABŞ bazasına raket hücumundan əvvəl İrana peyk görüntüləri təqdim etdiyini və nəticədə üç amerikalı hərbçinin öldüyünü, dörd nəfərin isə yaralandığını bildirmişdi.
16:17 14.09.2026
Oxunuş sayı: 45