Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
Sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs "Şəhərsalma və Memarlıq İli" mövzusuna həsr olunacaq.
Crossmedia.az-a bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, bu, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə əlaqədar həyata keçiriləcək.
Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II-XI siniflərdə "Şəhərsalma və Memarlıq İli" mövzusuna həsr olunacaq.
15:02 14.09.2026
Oxunuş sayı: 47