Qəzzada 20-dən çox xəstəxanaya yanacaq dayandırılır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maliyyə çatışmazlığı səbəbindən sentyabrın 19-dan Qəzzada 20-dən çox xəstəxana və tibb mərkəzinə dizel yanacağının tədarükünü dayandıracaq.
Crossmedia.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Münir əl-Burş bu barədə açıqlama verib.
Onun sözlərinə görə, yaranmış vəziyyət sadəcə yanacaq böhranı deyil, İsrailin həyata keçirdiyi “sistemli boğma və həyati əhəmiyyətli resurslardan məhrumetmə siyasətinin” bir hissəsidir.
Əl-Burş sosial şəbəkə “X”də paylaşımında davam edən İsrail hücumları və blokadası fonunda Qəzzada səhiyyə sisteminin son vəziyyətindən danışıb.
O bildirib ki, bu, müvəqqəti yanacaq böhranı deyil, xəstəxanaların tamamilə fəaliyyətini dayandırmasına və xəstələrin qarşısı alına biləcək ölümlə üz-üzə qalmasına səbəb olan siyasətin növbəti mərhələsidir.
14:40 14.09.2026
Oxunuş sayı: 53