“Rəqəmsal Məktəb” platformasının əhatə dairəsi genişləndirilir
“Rəqəmsal Məktəb” platformasının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ötən ildən Bakı şəhərində tətbiqinə başlanılan platformanın əhatə etdiyi məktəblərin sayı 349-dan 500-ə çatdırılacaq.
Nazirin sözlərinə görə, layihəyə Bakı ilə yanaşı, Qazax, Sumqayıt və Abşeron da daxil ediləcək. Platformanın aktiv istifadəçi sayının isə 900 mindən çox olması planlaşdırılır.
E.Əmrullayev qeyd edib ki, “Rəqəmsal Məktəb” müəllimlər, valideynlər və şagirdlər üçün rəqəmsal mühit yaradır. Platforma dərslərin planlaşdırılması, öyrənmə mühitinin yaxşılaşdırılması və digər imkanlardan istifadəni təmin edir.
Nigar Xəlilli
15:38 14.09.2026
Oxunuş sayı: 50