Bu il 500 gənc dövlət proqramı ilə xaricdə təhsil alacaq
Bu il 500 gəncin dövlət proqramı çərçivəsində xaricdə təhsil alması nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, həmin gənclərdən 155-i dünyanın ən nüfuzlu 10 universitetinə qəbul alıb.
Əmrullayev qeyd edib ki, xaricdə təhsil dövlət proqramı Prezidentin sərəncamı ilə həyata keçirilir. Onun sözlərinə görə, proqram Azərbaycanın gələcəyi üçün mühüm töhfələr verəcək.
Nigar Xəlilli
15:40 14.09.2026
Oxunuş sayı: 46