Moskvada payız gələn həftə başlayacaq
Moskvada gələn həftədən etibarən uzunmüddətli yağışlar və temperaturun 11-16 dərəcəyədək enməsi gözlənilir.
Crossmedia.az xəbər verir ki, RİA Novosti bu barədə “Fobos” hava proqnozu mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovetsə istinadən məlumat yayıb.
Sinoptikin sözlərinə görə, həftəsonu Şimali Atlantika siklonlarının təsiri ilə Moskvada hava şəraiti dəyişməyə başlayacaq və gələn həftə payız xarakterli hava tam formalaşacaq.
Moskva vilayətində uzunmüddətli yağışlar proqnozlaşdırılır. Havanın temperaturunun gündüz saatlarında 11-16 dərəcə isti olacağı bildirilir.
Hazırda paytaxtda soyuq gecələrlə müşayiət olunan nisbətən mülayim “babье leto” havası hökm sürür. Həftə ərzində Moskvada əsasən isti və quru hava gözlənilir. Gündüz temperatur 16-21 dərəcəyədək yüksələcək.
Gecələr isə hava xeyli sərin olacaq və temperatur 5-10 dərəcə isti təşkil edəcək.
16:46 14.09.2026
Oxunuş sayı: 54