Vaydel ukraynalıları geri qayıtmağa çağırdı
Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının lideri Alisa Vaydel ölkədə yaşayan ukraynalıları, xüsusilə hərbi xidmətə çağırış yaşında olan gənc kişiləri Ukraynaya qayıtmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, Vaydel bunu Avstriyanın “AUF1” telekanalına müsahibəsində deyib.
O bildirib ki, Almaniyada 1 milyondan çox ukraynalı sosial müavinət alır və bunun maliyyə baxımından daha uzun müddət davam etdirilməsi mümkün deyil.
“Xüsusilə hərbi xidmətə çağırış yaşında olan gənc ukraynalı kişilər – söhbət yüz minlərlə insandan gedir – geri qayıtmalıdırlar”, – deyə Vaydel bildirib.
Siyasətçi həmçinin Suriyalıların Almaniyanı tərk etməli və onlara verilən müdafiə üçün əsaslar aradan qalxdıqdan sonra Suriyaya qayıtmalı olduğunu deyib.
14:58 14.09.2026
Oxunuş sayı: 49