Amerikalı analitik: Tramp İrana qarşı genişmiqyaslı hərbi ssenarilər hazırlayır
Amerikalı siyasi analitik və ictimai fəal, Demokratiyaların Müdafiəsi Fondunun (FDD) baş məsləhətçisi Riçard Qoldberq ABŞ prezidenti Donald Trampın İranla mümkün qarşıdurma üçün geniş hərbi variantlar üzərində çalışdığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Qoldberq bu barədə “Fox News” telekanalına verdiyi müsahibədə danışıb. Onun sözlərinə görə, Vaşinqtonun gündəmində olan ssenarilər arasında İran rejiminin əsas komandanlıq, nəzarət və rabitə infrastrukturlarının, raket proqramının, eləcə də ölkənin neft axınlarının hədəfə alınması var.
Analitik bildirib ki, ABŞ administrasiyası eyni zamanda “rejimin başını kəsmək” kimi xarakterizə olunan — siyasi və hərbi rəhbər strukturların iflic edilməsinə yönəlmiş planları da nəzərdən keçirir.
Riçard Qoldberqin sözlərinə görə, İranda kütləvi edamlar artıq gizli şəkildə həyata keçirilir və bu proses ABŞ prezidentinin müəyyən etdiyi “qırmızı xətlərin faktiki olaraq pozulması” anlamına gəlir.
15:22 20.01.2026
Oxunuş sayı: 1069