Lavrovdan İrəvana XƏBƏRDARLIQ: Aİ ilə yaxınlaşma baha başa gələ bilər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında Ermənistandakı mövcud vəziyyətlə bağlı açıqlamalar verib.
Crossmedia.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.
Lavrov bildirib ki, Moskva Ermənistanda erməni kilsəsi ətrafında baş verən prosesləri təəssüflə izləyir. Onun sözlərinə görə, bu hadisələr ölkədə gedən siyasi və ictimai dəyişikliklərin fonunda diqqət çəkir.
Rusiya XİN rəhbəri qeyd edib ki, Ermənistan parlamentinin sədri Alen Simonyan və baş nazir Nikol Paşinyan Rusiyanın Ermənistana qarşı guya “hibrid təhlükələr” yaratdığını inkar etmirlər.
“Bu, yalnız çaşqınlıq yarada bilər. Aİ ilə yaxınlaşma öz izini qoyur. Daim ‘Rusiyadan gələn hibrid təhlükələr’ haqqında danışan Avropa İttifaqıdır”, – deyə Lavrov vurğulayıb.
Nazir əlavə edib ki, Avropa İttifaqı bu mövzuda Ermənistana maliyyə dəstəyi də ayırır. Onun sözlərinə görə, yaxın vaxtlarda 15 milyon avro məbləğində tranş ayrılıb.
“Şübhə etmirəm ki, Brüssel bürokratiyası erməni dostlarımızı bu tranşın hər sentini ‘qazanmağa’ məcbur edəcək”, – deyə Lavrov bildirib.
15:23 20.01.2026
Oxunuş sayı: 1064