Erməni kəşfiyyatı: 2026-cı ildə Azərbaycanla gərginlik gözlənilmir
Ermənistan kəşfiyyat xidməti 2026-cı ildə Azərbaycanla hərbi eskalasiya riskinin “demək olar ki, mümkün olmadığını” açıqlayıb. Bu haqda qurumun illik hesabatında bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hesabatda vurğulanır ki, eskalasiya ehtimalı Vaşinqton razılaşmaları və 8 avqust 2025-ci ildə paraflanmış sülh müqaviləsi fonunda azalıb.
Ermənistan Xüsusi Kəşfiyyatı həmçinin bildirib ki, lokal toqquşmaların baş verməsi ehtimalı çox aşağıdır və regional kommunikasiyaların blokdan çıxarılması ilə bağlı nikbin yanaşma mövcuddur.Bundan başqa, SVR-in qiymətləndirməsinə görə, Ermənistanın KTMT-yə üzvlüyü 2026-cı ildə “əridiləcək” deyil, yəni üzvlük davam edəcək.
13:50 20.01.2026
Oxunuş sayı: 1158