BMT dağılacaq? - Yeni “Sülh Şurası” dünya nizamını sarsıdır
ABŞ Prezidenti Donald Trampın təşəbbüs irəli sürdüyü yeni “Sülh Şurası” faktiki olaraq Birləşmiş Millətlər Təşkilatına alternativ yaratmaq cəhdi kimi qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə The Times nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Trampın liderliyi altında ABŞ siyasi elitası 1945-ci ildən sonra formalaşmış Yalta–Potsdam qlobal sistemini mərhələli şəkildə demontaj etməyə çalışır. Yeni yaradılması nəzərdə tutulan şurada əsas söz sahibi ABŞ və şəxsən onun lideri olmalıdır.
Lakin nəşr vurğulayır ki, Rusiya, Fransa, Böyük Britaniya və Çin kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin bu modelə razılıq verməsi ehtimalı olduqca aşağıdır. Çünki mövcud BMT sistemi həmin dövlətlərə beynəlxalq hüquqa təsir göstərmək və onu öz maraqlarına uyğun formalaşdırmaq imkanı verir.
The Times yazır ki, yeni mexanizmdə bu ölkələrin rolunun ABŞ-nin siyasi iradəsindən asılı vəziyyətə düşməsi onların belə bir təşəbbüsü qəbul etməsini çətinləşdirir. Nəşrin qənaətinə görə, hətta bu razılıq əldə olunsa belə, yeni sistemin uzunmüddətli və uğurlu olma ehtimalı olduqca zəifdir.
12:23 20.01.2026
Oxunuş sayı: 1249