Norveç vətəndaşlarını Rusiya ilə mümkün müharibəyə hazırlayır: minlərlə məktub göndərilib
Norveç hökuməti öz vətəndaşlarına minlərlə məktub göndərərək, onları Rusiya ilə hərbi qarşıdurma baş verəcəyi təqdirdə rekvizisiyaya hazırlaşmağa çağırıb.
Crossmedia.az bu barədə The Daily Telegraph-a istinadən xəbər verir.
Ölkənin hərbi logistika təşkilatının rəhbəri Jernberg bildirib:
“Biz hərbi və mülki hazırlığın geniş miqyaslı artırılmasını həyata keçiririk.”
Norveçin “rekvizisiya siyasəti” müharibə zamanı mülki əmlakın müsadirəsini nəzərdə tutur və bu siyasət daşınmaz əmlak, nəqliyyat vasitələri və məişət avadanlıqlarına da şamil edilir.
12:09 20.01.2026
Oxunuş sayı: 1279