Tramp süni intellektlə Qrenlandiyada “bayraq sancdı”- Oval Ofisdə Aİ liderləri ilə görüntüləndi
ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Qrenlandiyada ABŞ bayrağını sancdığını göstərən süni intellektlə yaradılmış şəkli paylaşdı.
Crossmedia.az bu barədə xarici mənbəyə istinadən xəbər verir.
Prezident həmçinin başqa bir yazı dərc edərək, özünü Aİ liderlərinin əhatəsində Oval Ofisdə göstərib. Şəklin arxa planında isə ABŞ-ın xəritəsi, o cümlədən Kanada, Qrenlandiya və Venesuela da əks olunub.
11:38 20.01.2026
Oxunuş sayı: 1382