Paşinyan ABŞ-dan Sülh Şurasına rəsmi dəvət alıb
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Tramp tərəfindən Sülh Şurasının təsisçi üzvü kimi iştirak etmək üçün rəsmi dəvət alıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Paşinyan dəvəti sevinc və məsuliyyətlə qəbul etdiyini bildirərək, Ermənistanın sülhün bərqərar olmasına sadiqliyini bir daha təsdiqləyib.
11:31 20.01.2026
Oxunuş sayı: 1278