Paytaxtda restoranlar bu səbəbdən bağlanır
Gəlirlərin azalması fonunda Rusiyanın paytaxtı Moskva son illərin ən ciddi restoran bağlanma dalğası ilə üzləşib.
Crossmedia.az xəbər verir ki, bu barədə rus mediası yazıb.
Məlumata görə, pandemiyadan bəri paytaxtda bu miqyasda geriləmə qeydə alınmamışdı.
Bu ilin yanvar ayından qısa müddət ərzində “Doroqaya, Ya Ya Rezvyonyu”, "Smoke BBQ", "The Toy, Mimi", "Beerside" və “Valenok” daxil olmaqla 45 tanınmış restoran və bar fəaliyyətini dayandırıb.
Ekspertlərin hesablamalarına əsasən, mövcud tendensiya davam edərsə, gələn il ərzində Moskvada ən azı 465 iaşə müəssisəsi bağlana bilər. Bu proses təkcə kiçik biznesi deyil, böyük restoran şəbəkələrini də əhatə edir. Bildirilir ki, 2025-ci ilin sonlarından etibarən iri zəncirlər bazardakı mövqelərini zəiflədərək onlarla obyektini bağlayıblar.
Mütəxəssislər əsas səbəb kimi tələbin kəskin azalmasını göstərirlər. Artıq restoranlarda yemək çoxsaylı sakinlər üçün əlçatmaz dəbdəbəyə çevrilib. Bundan əlavə, ƏDV-nin artırılması bu il iaşə sektoruna əlavə maliyyə təzyiqi yaradaraq vəziyyəti daha da ağırlaşdırıb.
Kübra Musayeva
10:58 20.01.2026
Oxunuş sayı: 1627