Şaraa–Abdi görüşündə kritik anlar
Suriya Prezidenti Əhməd əl-Şaraa ilə Suriya Demokratik Qüvvələrinin (SDQ) rəhbəri Məzlum Abdi arasında keçirilən yüksək səviyyəli görüş təxminən 5 saat davam edib. Görüşdə Suriyanın müdafiə və xarici işlər nazirləri də iştirak ediblər.
Crossmedia.az bu barədə xarici mənbəyə istinadən xəbər verir.
Məlumata görə, danışıqlar fonunda PKK rəhbərliyi Məzlum Abdiyə, Məsud Bərzaninin vasitəçiliyi ilə əldə olunmuş razılaşmadan geri çəkilməsi üçün ciddi təzyiqlər göstərir.Mənbələrin bildirdiyinə görə, Prezident Əhməd əl-Şaraa razılaşmanın yekunlaşdırılması və SDQ-nin PKK-nın təsirindən tam azad olması şərti ilə Məzlum Abdiyə müdafiə nazirinin birinci müavini vəzifəsini təklif edib.
Bundan əlavə, Şaraa Həsəkə vilayətinə qubernator təyin edilməsi üçün Abdinin bir namizəd irəli sürməsini istəyib.Məzlum Abdi isə Həsəkə vilayətinin tam şəkildə SDQ və ona bağlı mülki strukturların nəzarətində qalmasını tələb edib.
Prezident Əhməd əl-Şaraa bu tələbi qəti şəkildə rədd edərək bildirib ki, razılaşma yalnız Daxili İşlər Nazirliyinin qüvvələrinin Həsəkəyə daxil olması halında qüvvəyə minə bilər.Görüşün sonunda Məzlum Abdi komandirləri ilə məsləhətləşmək üçün əlavə 5 gün vaxt istəyib. Lakin Əhməd əl-Şaraa vaxtın uzadılmasını qəbul etməyib və günün sonunadək qəti mövqe bildirilməsini tələb edib.Məlumata görə, əks halda:
1. Beynəlxalq tərəflərə Məzlum Abdinin razılaşmadan imtina etdiyi barədə rəsmi məlumat veriləcək,
2. Suriya hökuməti isə Həsəkə məsələsinin güc yolu ilə həllinə başlamaq niyyətindədir.
11:00 20.01.2026
Oxunuş sayı: 1368