“Qazprom Neft” NİS-dəki payını Macarıstanın MOL şirkətinə satmağa razılaşıb
Rusiyanın Qazprom Neft şirkəti Serbiyanın "NİS" şirkətindəki payını Macarıstanın "MOL" qrupuna satmaq barədə ilkin razılıq əldə edib.
Crossmedia.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Məlumata görə, tərəflər arasında əldə olunan razılaşma mövcud beynəlxalq sanksiyalar səbəbindən ABŞ-nin təsdiqini tələb edir. Razılaşma qüvvəyə minərsə, bu, Serbiyanın NİS-dəki payını artırması üçün də imkan yarada bilər.
Reuters qeyd edir ki, sövdələşmə enerji sektorunda geosiyasi və sanksiya riskləri fonunda baş tutur və regionda enerji balansına təsir göstərə biləcək mühüm addım kimi dəyərləndirilir.
Qeyd edək ki, NİS Serbiyanın əsas enerji şirkətlərindən biri hesab olunur və ölkənin neft-qaz sektorunda mühüm strateji rola malikdir.
10:51 20.01.2026
Oxunuş sayı: 1335