Şərab qarşılığında sülh? Trampdan Makrona gözlənilməz şərt
ABŞ Prezidenti Donald Tramp Fransa istehsalı olan şərab və şampanlara 200 faiz rüsum tətbiq edəcəyini bəyan edib.
Crossmedia.az bu barədə "Reuters"ə istinadən xəbər verir. Tramp bu addımı Fransa Prezidenti Emmanuel Makronun Qəzza Sülh Şurasına dəvətini qəbul etməsi ilə əlaqələndirib.
Nəşrin məlumatına görə, Tramp bu barədə açıqlamasında birbaşa mövqeyini ifadə edib. O bildirib ki, rüsum qərarı qüvvəyə minərsə, Fransa prezidenti də sözügedən təşəbbüsə qoşulacaq.
Qeyd olunur ki, ABŞ prezidentinin bu açıqlaması beynəlxalq ticarət münasibətləri və Yaxın Şərqdəki diplomatik proseslər fonunda diqqət çəkib və Fransa–ABŞ münasibətlərində yeni müzakirələrə səbəb ola bilər.
Kübra Musayeva
10:25 20.01.2026
Oxunuş sayı: 1331