ABŞ prezidenti suriyalı həmkarı ilə telefon danışığı aparıb
ABŞ Prezidenti Donald Tramp ilə Suriya Prezidenti Ahmed Şara arasında telefon danışığı baş tutub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, telefon danışığı zamanı Suriyada mövcud vəziyyət və ölkədə baş verən son siyasi və təhlükəsizlik prosesləri müzakirə edilib. Tərəflər regionda sabitliyin təmin olunması və gərginliyin azaldılması məsələlərinə diqqət yetiriblər.
Qeyd olunur ki, görüş Suriyadakı son hadisələr fonunda baş tutub və regional proseslər baxımından mühüm əhəmiyyət daşıyır. ABŞ administrasiyası vəziyyəti yaxından izlədiyini bildirib.
Kübra Musayeva
09:49 20.01.2026
Oxunuş sayı: 1337