Türkiyə liderindən İrana mesaj: Diplomatiya əsas çıxış yoludur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda baş verən son hadisələrlə bağlı açıqlama verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Ərdoğan bildirib ki, qonşu İran İsrailin hücumlarından sonra sülh və sabitliyi təhdid edən yeni bir çətin mərhələ ilə üz-üzə qalıb.
Onun sözlərinə görə, küçələrdə baş verən proseslər Türkiyə tərəfindən diqqətlə izlənilir.
Türkiyə lideri vurğulayıb ki, dialoq və diplomatiyaya əsaslanan incə və balanslı siyasət bu böhrandan çıxış üçün ən doğru yoldur.
Ərdoğan qeyd edib ki, iranlılar bu çətin dövrün öhdəsindən Allahın köməyi ilə gələcəklər.
Prezident əlavə edib ki, Türkiyə bölgədə sabitliyin və sülhün qorunmasında hər zaman dialoqdan yana olub və bu mövqeyini davam etdirəcək.
23:25 19.01.2026
Oxunuş sayı: 1236