Suriya Ordusu Şəddadi şəhərində hərbi vəziyyət elan edib
Suriya Ordusu Həsəkə vilayətinin Şəddadi şəhərini hərbi zona elan edərək komendant saatı tətbiq edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bu qərar Suriya Demokratik Qüvvələrinin (SDQ) İŞİD məhbuslarını azad etməsindən sonra verilib.
Ordu açıqlamasında bildirilir:
•Şəddadi şəhəri və ətraf ərazilər tam nəzarətə götürülür
• Qaçmış İŞİD üzvlərinin aşkarlanması üçün genişmiqyaslı axtarış-təmizləmə əməliyyatları aparılacaq
•Ordu şəhər daxilində və ətrafında təhlükəsizliyi bərpa etmək üçün birbaşa müdaxilə edəcək
Əməliyyatların əsas məqsədi azad edilmiş İŞİD üzvlərinin yenidən silahlı fəaliyyətə qayıtmasının qarşısını almaqdır.
20:34 19.01.2026
Oxunuş sayı: 1118