Müqtəda Əs Sədr: Təhlükə qapımızın ağzındadır – İraq sərhədində gərginlik artır
İraqın şiə lideri Müqtəda Əs Sədr, sünni qrupların və ərəb aşirətlərin İraq sərhədinə yaxınlaşa biləcəyindən narahatlığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Əs Sədr deyib ki, dünyəvi mallar uğrunda mübarizəni dayandırın. Ətrafınızdakı təhlükələrə diqqət yetirin. Suriya və İraq sərhədlərində baş verən hadisələrə yüngül yanaşmaq olmaz. Təhlükə qapımızın ağzındadır və terrorizm qlobal imperializm tərəfindən dəstəklənir.
Liderin sözlərinə görə, bu məsələyə ciddi yanaşmaq İraqın təhlükəsizliyi və sabitliyi üçün həyati əhəmiyyət daşıyır.
19:47 19.01.2026
Oxunuş sayı: 1417