Viktor Orban: 2026-cı ildə Avropada müharibə başlaya bilər
Macarıstanın Baş naziri Viktor Orban Avropada 2026-cı ildə müharibənin başlaya biləcəyini açıqlayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o, verdiyi müsahibədə bildirib ki, Avropa yenidən iki düşərgəyə bölünüb: müharibə tərəfdarları və sülh tərəfdarları. Hazırda üstünlük müharibə tərəfdarlarının əlindədir. Brüssel müharibə istəyir, Macarıstan isə sülh istəyir.
Baş nazir əlavə edib ki, sülhü müdafiə edən siyasətçilər indiyədək yalnız "müharibəyə doğru sürüşü yavaşlatmağa” nail ola biliblər.
Pərvin Hacıyeva
18:47 24.12.2025
Oxunuş sayı: 3540