Qonşuların ağacları kəsməsi məhkəməlik oldu
Kanadanın Britaniya Kolumbiyası əyalətində qadın qonşularının onun icazəsindən daha çox ağac kəsməsinə görə məhkəməyə müraciət edib.
Crossmedia.az xəbər verir ki, qadın 2021-ci ildə Şusvap gölünə mənzərəni yaxşılaşdırmaq üçün qonşularına bəzi ağacları budamağa icazə verib.
Lakin qonşular icazə veriləndən daha çox ağacı kəsiblər. Məhkəmə onları təqsirli bilərək ağacların bərpası, kölgə konstruksiyası və iki kondisionerin xərcləri üçün 34 064 Kanada dolları ödəməyə məcbur edib.
22:02 15.09.2026
Oxunuş sayı: 41