Serbiya ruslar üçün vizasız rejimi ləğv etmir
Serbiya hökuməti Rusiya vətəndaşları üçün viza rejiminin tətbiq ediləcəyi barədə yayılan məlumatları “absurd” adlandırıb.
Crossmedia.az xəbər verir ki, hökumətin İctimai və Mədəni Diplomatiya İdarəsinin direktoru Arno Quyon belə bir qərarın gündəmdə olmadığını bildirib.
O qeyd edib ki, Serbiyanın Xarici İşlər Nazirliyi bir neçə həftə əvvəl də bu məlumatı təkzib edən açıqlama yayıb.
Quyon Rusiya və Serbiyanın “tarixi dostlar” olduğunu vurğulayaraq, Belqradın bu münasibətləri gələcəkdə də qorumaq istədiyini bildirib. Hazırda Rusiya vətəndaşları Serbiyaya 30 günədək vizasız daxil ola bilirlər.
21:34 15.09.2026
Oxunuş sayı: 38