Dünyanın ən çox danışılan dilləri: 25 ildir dəyişməyən liderlər, yeni yüksəlişlər
Son 25 il ərzində dünya üzrə ən çox danışılan dillər sırasında çin, ispan və ingilis dilləri lider mövqelərini qoruyub saxlayır.
Crossmedia.az xəbər verir ki, siyahıdakı dəyişikliklər isə qlobal demoqrafik proseslərin və regional artımın dil xəritəsinə necə təsir etdiyini açıq göstərir.
Araşdırmalara görə, benqal dili 1996-cı ildə dördüncü yerdə olsa da, bu mövqeyini itirib. Maraqlıdır ki, dilin daşıyıcılarının sayı azalmaq əvəzinə 189 milyondan 242 milyona yüksəlib. 2025-ci ildə dördüncü yerə hindi dili yüksəlib. Hindinin ana dili kimi danışanlarının sayı bu dövrdə 182 milyondan 345 milyona çatıb.
Rus və yapon dilləri isə mövqelərini dəyişməyib — müvafiq olaraq 7-ci və 8-ci yerlərdə qalırlar. Reytinqdən iki dil çıxıb: alman dili və çin dilinin ən böyük dialektlərindən biri olan u.
Bunun əvəzində top-10 siyahısına iki yeni dil daxil olub — pəncab dili (Hindistan və Pakistanda geniş yayılıb) və vyetnam dili. Bu dəyişikliklər Asiya regionunun qlobal dil mənzərəsində artan çəkisini bir daha təsdiqləyir.(Musavat)
19:10 24.12.2025
Oxunuş sayı: 3112