Tümen vilayətində neft kəməri stansiyasında terror aktının qarşısı alınıb
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Tümen vilayətində “Transneft” şirkətinə məxsus neft kəmərinin idarəetmə məntəqəsində planlaşdırılan terror aktının qarşısını alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb.
Məlumata görə, hücum Rusiyada qadağan olunmuş təşkilatın üzvü tərəfindən Ukrayna kəşfiyyat xidmətlərinin göstərişləri əsasında hazırlanıb. Şübhəli şəxs saxlanılarkən təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərib və nəticədə zərərsizləşdirilib.
Hadisə ilə bağlı araşdırma tədbirləri davam etdirilir.
Nəzrin Abbas
17:39 24.12.2025
Oxunuş sayı: 3844