Paşinyan revanşistləri “dənizdən-dənizə” xəyallarından çəkindirir
Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburq erməni icmasının nümayəndələri ilə görüşdə bildirib ki, revanşistlərin “dənizdən-dənizə” ideyaları təhlükəli ola bilər.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O vurğulayıb ki, erməni xalqının tarixi virtual dialoqda bizə keçmiş səhvləri təkrarlamamağı öyrədir. “Tarixi Ermənistan mənə deyir: mənim yolumla getməyin, Ermənistan Respublikasını tarixi Ermənistanın bir hissəsi etməyin, çünki o — real dövlətdir”, – deyə Paşinyan qeyd edib.
Mehriban İbrahimli
14:21 24.12.2025
Oxunuş sayı: 4190