Ermənistanda Kilsənin torpaq mülkiyyəti hüququnun ləğvi gündəmdədir
Ermənistan hökuməti Ermənistan Apostol Kilsəsinin (Eçmiədzin) torpaq sahələri üzərində olan mülkiyyət hüququnu geri götürməyi və yalnız bu torpaqlardan pulsuz istifadə hüququnu saxlamasını nəzərdə tutur.
Bu barədə Crossmedia.az Ermənistan mətbuatının yaydığı məlumata istinadən xəbər verir.
Qanunvericilik layihəsi sabah parlamentin gündəliyinə daxil edilib və Eçmiədzinə torpaq sahələri üzərində mülkiyyət hüququnu tanıyan maddənin qüvvədən düşməsi nəzərdə tutulur.
Layihənin müəllifləri bildirirlər ki, eyni torpaq kodeksində artıq kilsəyə torpaqlardan pulsuz istifadə hüququ verən maddə mövcuddur, buna görə mülkiyyət hüququnun saxlanmasına ehtiyac qalmır.
Mehriban İbrahimli
14:05 24.12.2025
Oxunuş sayı: 3754