Minskdə görüş zamanı Lukaşenkoya arıqlama preparatı təklif olunub
ABŞ prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul Minskə səfərləri və Aleksandr Lukaşenko ilə apardığı danışıqlar zamanı ona çəki azaltmaq üçün nəzərdə tutulan preparat qəbul etməyi təklif edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə tərəflərdən birinin şam yeməyi zamanı baş verib. Lukaşenko apreldə keçirilmiş əvvəlki görüşlə müqayisədə Con Koulun xeyli arıqladığını diqqətə çatdırıb. Buna cavab olaraq amerikalı diplomat zarafatla bildirib ki, arıqlamaq üçün Zepbound adlı preparat qəbul edir.
Pərvin Hacıyeva
13:55 24.12.2025
Oxunuş sayı: 3310