Zelenski “Trampın sülh planı”nın 20 bəndini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-la müzakirə edilən və qeyri-rəsmi olaraq “Trampın sülh planı” adlandırılan təşəbbüsün 20 əsas bəndini açıqlayıb. Plan Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılmasını və uzunmüddətli sülhün təmin olunmasını nəzərdə tutur.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Sənədə əsasən, Ukraynanın suverenliyi və ərazi bütövlüyü əsas prinsip kimi tanınır. Plan çərçivəsində tərəflər arasında atəşkəsin elan edilməsi, hücum etməmək haqqında razılaşmanın imzalanması və cəbhə xəttində beynəlxalq monitorinq mexanizminin yaradılması təklif olunur.
Təhlükəsizlik məsələləri xüsusi yer tutur. ABŞ, NATO və Avropa ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanətləri verməsi, eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin güclü şəkildə saxlanılması planlaşdırılır. Rusiya isə beynəlxalq hüquqa uyğun olaraq Ukraynaya qarşı güc tətbiq etməmək öhdəliyini qanunvericilik səviyyəsində təsbit
Sənəddə Ukraynanın Avropa İttifaqına üzvlüyü perspektivi, ölkənin bərpası üçün genişmiqyaslı maliyyə və investisiya paketləri, eləcə də ABŞ-la sərbəst ticarət sazişinin sürətləndirilməsi də yer alır. Rekonstruksiya və inkişaf üçün ümumi məbləği yüz milyardlarla dollar olan fondların yaradılması nəzərdə tutulur.
Plan həmçinin Zaporojye Atom Elektrik Stansiyası da daxil olmaqla enerji obyektlərinin demilitarizasiyasını, dəniz və çay yollarından azad istifadənin təmin edilməsini və bütün hərbi əsir və girovların qarşılıqlı dəyişdirilməsini ehtiva edir.
Ərazi məsələlərinin həlli üçün bir neçə variant təklif olunur. Bu variantlara hazırkı təmas xəttinin saxlanılması və ya beynəlxalq nəzarət altında referendumların keçirilməsi daxildir. Qəbul olunacaq istənilən qərarın zorla dəyişdirilməsinə yol verilməməsi vurğulanır.
Sülh razılaşmasından sonra Ukraynada mümkün olan ən qısa müddətdə seçkilərin keçirilməsi planlaşdırılır. Razılaşmanın icrasına isə Donald Trampın rəhbərlik edəcəyi xüsusi Sülh Şurasının nəzarət edəcəyi bildirilir.
Planın son bəndinə əsasən, Stokholm modeli üzrə tam atəşkəs dərhal qüvvəyə minməlidir.
Mehriban İbrahimli
13:42 24.12.2025
Oxunuş sayı: 3510