Gürcüstanın Baş naziri ərzaq məhsullarının qiymətlərinin endiriləcəyini vəd edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə ərzaq məhsullarının qiymətlərinin aşağı salınacağını bildirib. Onun sözlərinə görə, eyni markaya məxsus məhsulların Gürcüstandakı qiyməti ilə Avropadakı qiyməti arasında böyük fərq var.
Crossmedia.az bildirir ki, Baş nazirin açıqlamasına əsasən, makaron Avropaya nisbətən 97 faiz, düyü 180 faiz, kərə yağı 30 faiz, pendir 42 faiz, şokolad isə 47 faiz baha satılır. Bu səbəbdən hökumət distribyutorlar və pərakəndə satış şəbəkələri ilə danışıqlara başlayacaq, zərurət yaranarsa, antiinhisar mexanizmlərindən də istifadə olunacaq.
13:35 24.12.2025
Oxunuş sayı: 2995