Azərbaycandan gətirilən benzin Ermənistanda satışa çıxarıldı
Azərbaycandan gətirilən yanacaq artıq Ermənistan bazarına çıxarılıb. Ran Oil şirkəti bu məhsulun satışını dekabrın 23-dən etibarən ölkə ərazisindəki yanacaqdoldurma məntəqələrində həyata keçirməyə başlayıb.
Crossmedia.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ran Oil şirkəti dekabrın 23-dən etibarən Ermənistandakı yanacaqdoldurma məntəqələrində Azərbaycandan gətirilən benzinin satışına başlayıb. Bu barədə “Meqa Treyd” şirkətinin direktoru Karen Ayriyan bildirib.
Məlumata görə, yanacaq bir litr üçün 430 dramdan satılır ki, bu da əvvəl elan edilmiş 440 dramdan aşağıdır.
Ayriyan qiymətin hesablamalardan sonra dəqiqləşdirildiyini, satışın başlanmasının gecikməsinin isə təşkilati səbəblərlə bağlı olduğunu qeyd edib. Şirkət ümumilikdə 11 vaqon benzin alıb
Zeynəb Xuduyeva
11:42 24.12.2025
Oxunuş sayı: 4021