Taylandın F-16 qırıcıları yenidən Kamboca ərazisinə zərbə endirib
Tayland Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları bir daha Kamboca ərazisinə hücum edib. Bununla bağlı Kambocanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Crossmedia.az bu barədə Khmer Times qəzetinə istinadən xəbər verir.
Məlumata görə, dekabrın 24-də yerli vaxtla saat 10:00-da (Qrinviç vaxtı ilə 03:00) Tayland F-16 qırıcıları sərhəddən təxminən 60 kilometr məsafədə yerləşən, Kambocanın şimal-qərbindəki Battambanq vilayətinin Banan rayonunda, Phnom Sampov ərazisi yaxınlığına altı bomba atıb.
Nazirliyin bildirdiyinə görə, Taylandın havadan həyata keçirdiyi bu hücum nəticəsində yerli sakinlər təhlükəsizlik məqsədilə ərazini tərk etməyə məcbur qalıblar.
Günel Verdiyeva
11:36 24.12.2025
Oxunuş sayı: 3170