Kanadada separatizm güclənir: Albertda referenduma hazırlıq başlayıb
Kanadanın Alberta əyalətində ölkədən ayrılma ilə bağlı separatçı təşəbbüsə rəsmi icazə verilib. Əyalətin Seçki Komissiyası müvafiq referendumun keçirilməsi təşəbbüsünü təsdiqləyib.
Crossmedia.az CBC News-ə istinadən xəbər verir ki, qərardan sonra müstəqillik tərəfdarlarına referendumun təşkili üçün imza toplama prosesinə başlamağa icazə verilib.
Məlumata görə, bu addım Kanadada separatçı meyillərin gücləndiyini göstərir və prosesin siyasi gündəmdə ciddi müzakirələrə səbəb olacağı gözlənilir.
Türkan Kərimli
11:09 24.12.2025
Oxunuş sayı: 3833