Karlsondan sensasiyalı iddia: ABŞ və Rusiya faktiki müharibədədir
ABŞ və Rusiya arasında artan gərginlik beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. ABŞ-də hökm sürən güclü anti-Rusiya ovqatı iki dövlət arasındakı münasibətləri son dərəcə təhlükəli həddə çatdırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Amerikalı jurnalist Taker Karlsonun fikrincə, ABŞ cəmiyyətini bürüyən anti-Rusiya isteriyası səbəbindən Rusiya və ABŞ faktiki olaraq müharibə vəziyyətindədir.
O hesab edir ki, mövcud vəziyyət tərəflər arasında açıq münaqişə olmasa da, faktiki qarşıdurma mərhələsini xatırladır və bu, qlobal sabitlik üçün ciddi risklər yaradır.
Zeynəb Xuduyeva
10:56 24.12.2025
Oxunuş sayı: 3018