ABŞ Ədliyyə Nazirliyi mərhum maliyyəçinin məktublarından birini dərc edib
ABŞ Ədliyyə Nazirliyi mərhum maliyyəçi Ceffri Epşteynin məktublarından birini dərc edib. Məktub Epşteyn tərəfindən ABŞ gimnastika yığmasının keçmiş həkimi, yüzlərlə idmançıya qarşı cinsi cinayətlərə görə 175 il həbs cəzası alan Larri Nassara ünvanlanıb.
Crossmedia.az bu barədə ABŞ mediasına istinadən xəbər verir.
Sənəddə Epşteyn Donald Tramp barədə də qalmaqallı iddialar irəli sürür. Məktubda bildirilir ki, Tramp gənc qızlara qarşı qeyri-etik davranışlar nümayiş etdirib. Epşteyn yazır ki, “prezident də gənc və cazibədar qızlara marağı bölüşürdü” və bu ifadələr məktubun ən mübahisəli hissələrindən biri hesab olunur.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi daha əvvəl Epşteyn işi ilə bağlı bəzi sənədlərin Donald Tramp barəsində “yalan və sensasion iddialar” ehtiva etdiyini açıqlamışdı. Məktubun dərc olunması ABŞ-da yenidən ciddi ictimai və siyasi müzakirələrə səbəb olub.
Günel Verdiyeva
10:52 24.12.2025
Oxunuş sayı: 4066