KTMT Tacikistanın yardım müraciəti ilə bağlı yayılan xəbərləri təkzib edib
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Tacikistanın Əfqanıstan ərazisindən baş verən atəş açılması hadisələrindən sonra təşkilata yardım üçün müraciət etdiyi barədə mediada yayılan məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, KTMT-nin Telegram kanalında yayımlanan rəsmi açıqlamasına əsasən, Tacikistan tərəfi 2025-ci ilin 26 və 30 noyabr tarixlərində baş vermiş hadisələrlə bağlı təşkilata hər hansı yardım müraciəti etməyib. Qurum qeyd edib ki, bu iddialar reallığı əks etdirmir.
Açıqlamada həmçinin vurğulanır ki, KTMT ilə Tacikistan arasında sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq planlı və sistemli xarakter daşıyır. Bu əməkdaşlıq 2024-cü ildə təsdiqlənmiş xüsusi proqram çərçivəsində həyata keçirilir və hazırda da davam etdirilir.
KTMT Tacikistanla sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində koordinasiyalı fəaliyyətini davam etdirir və vəziyyət daimi nəzarət altındadır.
Sevinc Yarməmmədova
10:45 24.12.2025
Oxunuş sayı: 4075