Ukraynada Seçicilərin Dövlət Reyestrinin fəaliyyəti bərpa edilib
Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) Seçicilərin Dövlət Reyestrinin fəaliyyətini yenidən bərpa edib. Bu barədə hakim “Xalqın Xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya məlumat verib.
Crossmedia.az bildirir ki, bu, 2022-ci ilin fevral ayından sonra reyestrin fəaliyyətinin ilk dəfə bərpa olunmasıdır. Qeyd edilib ki, qərar seçki proseslərinin tədricən normallaşdırılması baxımından mühüm addım hesab olunur.
09:53 24.12.2025
Oxunuş sayı: 3599