Prezidentin köməkçisi Xalq artisti Ağaverdi Paşayevin 75 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ağaverdi Paşayevin 75 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsində iştirak edb.
Crossmedia.az xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.
Bildirib ki, tədbirdə iştirak edənlər Azərbaycanın görkəmli musiqi xadiminin fəaliyyətini yüksək qiymətləndiriblər.
Xalq artisti Ağaverdi Paşayev musiqi sənətinin inkişafına mühüm töhfələr vermiş, bir neçə nəsil ifaçıların peşəkar şəkildə formalaşmasında böyük rol oynamışdır. Tədbir çərçivəsində onun yaradıcılığına dair xatirələr, ifalar və videoçarxlar təqdim olunub.
12:32 16.12.2025
Oxunuş sayı: 1593