Slovakiyada Türk irsi üçün birgə addımlar
Türk dünyasına aid dil və mədəni irsin beynəlxalq müstəvidə tanıdılması istiqamətində diplomatik əməkdaşlıq davam edir. Bu çərçivədə Slovakiyada fəaliyyət göstərən bir sıra ölkələrin diplomatik nümayəndəlikləri qarşılıqlı maraq doğuran təşəbbüslər ətrafında bir araya gələrək gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Crossmedia.az xəbər verir ki, Azərbaycan, Türkiyə və Qazaxıstan Slovakiyada türk mədəni irsinin təşviqi üzrə mümkün birgə təşəbbüsləri müzakirə ediblər. Bu barədə Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev “X” sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, 15 dekabr — Türk dilləri ailəsinin Ümumdünya Günü münasibətilə Azərbaycanın Bratislavadakı səfirliyində Türkiyə və Qazaxıstanın diplomatik nümayəndələri ilə birgə tədbir keçirilib.
Görüş zamanı Slovakiyada türk dilləri ailəsinin və mədəni irsin tanıdılması istiqamətində gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb
Zeynəb Xuduyeva
18:18 15.12.2025
Oxunuş sayı: 871