İsraillə turizm əməkdaşlığı genişlənir
Dekabrın 10-da Azərbaycan Turizm Bürosunun İsraildəki nümayəndəliyi və "Azərbaycan Hava Yolları" QSC-nin təmsilçiliyi ilə Azərbaycanın turizm potensialı Təl-Əvivdə keçirilən “New Map” Turizm Sammitində tanıdılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, sammit çərçivəsində keçirilən və 350-dən çox turizm sənaye nümayəndəsini bir araya gətirən konfransda Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov çıxış edərək iki ölkə arasında turizm əlaqələrinin inkişafı istiqamətində mövcud əməkdaşlıq imkanlarını vurğulayıb.
Tədbirin davamı olaraq təşkil olunan turizm festivalında ölkəmizin milli mətbəx nümunələri təqdim edilib.
Sammit çərçivəsində İsrailin turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilib.
Qeyd edək ki, 2025-ci ilin 11 ayı ərzində İsraildən Azərbaycana səfər edən ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq 59 min 917 nəfərə çatıb.
13:03 11.12.2025
Oxunuş sayı: 986