Azərbaycanla Özbəkistan arasında təhsil sistemlərinin uyğunlaşdırılması prosesində hansı addımlar atılır?
Azərbaycan və Özbəkistan təhsil sistemləri beynəlxalq standartlara, xüsusilə Bolonya prosesinin prinsiplərinə uyğunlaşdırılır.
Bunu Crossmedia.az-a geniş müsahibəsində Ingla International Education and Training Centre" -nun direktoru Lalə Nəsibova deyib.

“Bu istiqamətdə əsas hədəflərdən biri Milli Kvalifikasiya Çərçivələrinin harmonizasiyası və ECTS kredit sistemlərinin tam uyğunlaşdırılmasıdır. Diplomların qarşılıqlı tanınması prosesinin sadələşdirilməsi və rəqəmsallaşdırılması üçün müvafiq işçi qruplar fəaliyyət göstərir. Bu addımlar vahid təhsil məkanı yaratmağa və məzunların əmək bazarında sərbəst hərəkətinə şərait yaratmağa yönəlib”, - o bildirib.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/index.php/az/article/57177
Elmir
23:06 01.12.2025
Oxunuş sayı: 1107