Rafael Hüseynov: Azərbaycanın gücü həm də mədəniyyət və mənəvi dəyərlərdədir
Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu göstərir ki, Azərbaycanın gücü yalnız iqtisadi və ya siyasi göstəricilərdə deyil, həm də mədəniyyət və mənəvi dəyərlərdədir. Burada gördüyümüz sərgilər, konsertlər, müzakirələr – bunlar hamısı bizim birliyimizin, milli ideyamızın təzahürüdür. Əslində bu forumun nüvəsində Azərbaycan ideyası – Azərbaycanın birliyi və gücü dayanır.
Crossmedia.az xəbər verir ki, bunu noyabrın 3-də Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda çıxışı zamanı Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini, akademik Rafael Hüseynov söyləyib.
"Son illər xaricdə yaşayan müxtəlif peşə sahiblərimizin – alimlərin, həkimlərin, mühəndislərin forumları keçirilib. İndi isə mədəniyyət xadimləri, yaradıcı insanlar bir araya gəlib. Bu tədbirlərin hər birinin məqsədi birdir – Azərbaycanın daha güclü, daha təşkilatlanmış, daha nüfuzlu olması", - deyə R.Hüseynov diqqətə çatdırıb.
13:26 03.11.2025
Oxunuş sayı: 1213