Azərbaycan və TİKA arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Oktyabrın 30-da mədəniyyət nazirinin müavini Fərid Cəfərov Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Crossmedia.az-a bildirilib ki, görüşdə “bir millət, iki dövlət” prinsipi əsasında mədəni əlaqələrin inkişafı, tarixi abidələrin bərpası, arxeoloji tədqiqatlar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Abdullah Eren TİKA-nın fəaliyyəti barədə məlumat verərək birgə layihələrin davam etdirilməsində maraqlı olduqlarını bildirib.
Həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
18:40 30.10.2025
Oxunuş sayı: 1186