Qeyri-neft sektorundan gələn gəlir artacaq- Proqnoz

Dünya iqtisadiyyatı və Azərbaycan (Layihənin müəllifi Rüfət Quliyevdir)
Bu gün Azərbaycan beynəlxalq iqtisadi layihələrin mərkəzinə çevrilib. Regionda və dünyada həyata keçirilən beynəlxalq iqtisadi layihələri Azərbaycansız düşünmək demək olar ki, mümkün deyil. Xüsusən şərq və qərbi bağlayan iqtisadi layihələr, nəqliyyat xətləri Azərbaycandan keçir. Bu nəqliyyat xəttləri həm ölkələr üçün təhlükəsiz vəd edir, həm də Azərbaycanın regionda və dünyada iqtisadi potensialını artırır.
Mövzu ilə bağlı Milli Məclisin 4 çağırış deputatı, professor Rüfət Quliyev Crossmedia.az-a açıqlama verib:
“Nəzərə almalıyıq ki, Çinin orta dəhlizlə bağlı böyük rolu ola bilər. Yəni Çinin özünün “bir kəmər bir yol” adlanan 1 trilyon dollarlıq layihəsi artıq başlayıb. Biz də o layihəyə qoşuluruq və o layihəyə qoşulmağımız Orta dəhliz ilə olacaq. Bu gün Orta dəhlizin Azərbaycandan keçən hissəsinin nəqliyyat imkanı 15 milyon ton kimi hesablanır. Təbii ki, gələcəkdə bu artırılacaq. Çinin də bu prosesdə birmənalı rolu var. Çin bu gün dünyada ən çox ixrac edən dövlətlərdən biri, bəlkə də birincisidir. Ona görə də onların dənizə, okeana çıxışı və nəqliyyat yollarından istifadəsi vaciblik təşkil edir. Düşünürəm ki, Azərbaycanın da burada kifayət qədər rolu var. Və bu rol getdikcə artacaq".
Professor bildirib ki, əgər layihələr və Zəngəzur dəhlizi tam həyata keçsə, bu, Azərbaycan üçün də bir neçə qapı açacacaq: "Nəqliyyat xərcləri azalacaq. Bu, Çinə sərf edir. Həmçinin burada zaman faktoru da var. Bundan əlavə okeanlarda gəmilərin qarşısını kəsirlər, xoşagəlməz cinayət işləri görülür. Bu ən çox Afrika qitəsindən keçən yollarda baş verir. Türkmənistanla Azərbaycan arasında ciddi görüşlər keçirilir ki, gələcəkdə boru çəkilsin və onların qazını Avropaya və digər xarici ölkələrə çatdırmaq daha asan olsun. Düşünürəm ki, bunun gələcəyi çox yaxşı olacaq və qeyri-neft sektorundan gələn valyuta axını artacaq".
Ayhan
13:44 11.09.2025
Oxunuş sayı: 1155
