Şahin Mustafayev: Zəngəzurdan keçən yol Naxçıvanın Azərbaycanın digər bölgələri ilə daha sıx inteqrasiyasına xidmət edəcək

Zəngəzurdan keçən yol Naxçıvanın Azərbaycanın digər bölgələri ilə daha sıx inteqrasiyasına xidmət edəcək.
Crossmedia.az xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.
O bildirib ki, razılaşmaların əhəmiyyətli hissələrindən biri də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə maneəsiz hərəkətinin təmin edilməsinin nəzərdə tutulmasıdır:
“Bu razılaşma Naxçıvanın Azərbaycanın digər bölgələri ilə daha sıx inteqrasiyasına xidmət edəcək. Avropa və Asiya arasında mühüm nəqliyyat vasitəsi olan Zəngəzurdan keçən yol iqtisadi əlaqələrin genişlənməsinə imkan verəcək”.
16:03 26.08.2025
Oxunuş sayı: 633